İrəvan Türkiyə ilə 2030-a qədər sərhədlərinin açılacağına ümid edir

Ermənistan 2030-cu ilədək Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid bəsləyir.

Telexeber.az xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə Brüsseldə xarici jurnalistlərlə keçirilən brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan danışıb.
Onun sözlərinə görə, sərhədlərin açılması Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında mühüm tranzit və əlaqələndirici mərkəzə çevrilməsinə şərait yarada bilər.

Kostanyan vurğulayıb ki, nəqliyyat kommunikasiyalarının bərpası və regional əlaqələrin genişləndirilməsi iqtisadi əməkdaşlığın dərinləşməsinə, eyni zamanda bölgədə uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edə bilər.
Популярный ролик