Qəbələdəki “Yeddigözəl” şəlaləsinə yeni asfalt yol çəkilib
- 22.08.2020, 00:08,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Qəbələ rayonunun Vəndam qəsəbəsindəki cəlbedici turizm məkanlarından olan “Yeddigözəl” şəlaləsinə yeni asfalt yol çəkilib. Qəsəbə bələdiyyəsinin daxili imkanları hesabına çəkilən asfalt yolun uzunluğu 3,1 kilometrdir.
Bu barədə Telexeber.az-n bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Son illər Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizdə insanların rifahı naminə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, uğurla icra olunan layihələr sırasında yol infrastrukturunun inkişaf etdirilməsi və müasirləşdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur. Dövlətimizin başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar bunun əyani sübutudur. Qəbələ rayonunda da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Belə ki, son illər rayonda onlarla kilometr uzunluğunda müasir yollar salınıb, mövcud yollar yenidən qurulub, yeni körpülər inşa olunub və bu sahədə görülən işlər sistemli şəkildə uğurla davam etdirilir.
Görülən işlər Vəndam sakinləri tərəfindən də razılıqla qarşılanıb. Vətəndaşlar qəsəbədə yol infrastrukturunun yenidən qurulmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.