Binəqədi rayon birinci mədən korpus üç ünvanında yaşayan Novruzlu Sahil Zahir oğlu Telexeber.az-a müraciət edərək köməklik istəyib və bizdən xahiş edib ki,şikayətini aidiyatı orqanlara çatdıraq.
Belə ki, 11.01.2020-ci il tarixində "KLASS"mağazasından kredit ilə "MOPED" nəqliyyat vasitəsi almışam və daha sonra maddi durumum pis olduğundan aylıq kreditini ödənişində əziyyət çəkirdim.
Mənim pis vəziyyətimdən Mahmudov Aydın Ədalət oğlu sui istifadə edərək təklif irəli sürür ki,sən "MOPEDİ" ver mənə yerdə qalan kreditini mən ödəyərəm.
Mənim etibarımdan sui istifadə edərək,bugünə kimi nə krediti keçirir,nədə ki,"MOPEDİ"-mi qaytarır,mobil nömrəsinə də zəng çatmır,kirayədə qaldığı ünvanıda dəyişib.
Telexeber.az-a olunan bu müraciətdən sonra biz,Mahmudov Aydınla əlaqə saxlamağa çalışsaqda isdəyimiz boşa çıxdı.
Daha sonra Aydının anası Mahmudova Lalə Aydın qızı ilə əlaqə saxladıq uzun danışıqdan sonra məlum oldu ki,MOPED Aydın tərəfindən satılıb,puluda xərclənib.Ancaq bizdən məsələnin aidiyatı orqanlara xəbər veilməməsini, bizdən xahiş etdi və 31.08.2020 ci il tarixinədək satdığı şəxsdən MOPEDİ geri alıb Novruzlu Sahilə qaytaracağını söz verdi.Ancaq bu günə kimi zəngimizi cavablandırmayan qarşı tərəf hələdə susur.
Oğluna oğru deyəndə acıqlan Lalə xanım,yaranmış problemi hüquq müstəvisidə görülməsi üçün hüquq mühafizə orqanlarına eləcədə aidiyatı orqanlara müraciyyət edəcəyimizdən əmin ola bilərsiniz.
Biz Azərbaycan vətəndaşı olaraq qanunlarımıza,xalqımızın keşiyində gecə gündüz dayanan Polislərimizə inanırıq.