Xəbər verdiyimiz kimi 1-12 fevral tarixlərində Türkiyə və Azərbaycan ordusu birgə hərbi təlimlər keçirəcək.
Telexeber.az xəbər verir ki, artıq Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə yerləşən Qars vilayətində qarşılanma mərasimi olub. Ortaq hərbi təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələr, komandolar və hərbi helikopterlər iştirak edəcək. Qeyd edək ki, bu barədə məlumatı "TRT Haber" yayıb.