Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü
- 23.02.2021, 22:12,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb.
Telexeber.az-ın Türk Şurasına istinadən verdiyi xəbərə görə, görüşdə Baş katib və xarici işlər naziri təşkilatın hazırkı iş proqramına daxil olan müxtəlif məsələlər, beynəlxalq və regional gündəlikdəki prioritet məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər 2021-ci il martın sonunda keçirilməsi planlaşdırılan Türk Şurası Zirvə görüşünə hazırlıq işləri və bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan müntəzəm zirvə də daxil olmaqla yaxın gələcəkdə reallaşacaq mühüm tədbirləri müzakirə ediblər.
Türk Şurasına üzv ölkələr arasında gələcək əməkdaşlıq strategiyası barədə fikir mübadiləsi aparan rəsmilər təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə səylərin və qarşılıqlı dəstəyin artırılması təşəbbüslərinin davam etdirilməsi barədə razılığa gəliblər.