Bakıda qara görə baş verən yol nəqliyyat hadisələrinin sayı AÇIQLANDI

Bakıda qara görə baş verən yol nəqliyyat hadisələrinin sayı AÇIQLANDIƏlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri ərazisində indiyədək maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Telexeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Əsədov bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib.
Популярный ролик