Rusiyadan "TURAN ORDUSU" barədə açıqlama: Kimə qarşı qurulur?
- 18.03.2021, 19:04,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Tengrinew” agentliyinə müsahibəsində türkdilli ölkələrin birgə hərbi qüvvələrindən ibarət “Turan Ordusu”nun yaradılmasının mümkünlüyünə münasibət bildirib.
Telexeber.az-ın xəbərinə görə, o bildirib ki, bu ordunun yaradılması zərurəti yoxdur və bu istiqamətdə hansısa addım atılmır. “Bu ordu niyə və kimə qarşı yaradılacaq?” deyən Şoyqu, Rusiyada da çox sayda türkdilli xalqların yaşadığını dilə gətirib.
Qeyd edək ki, ötən il TÜrkiyənin Müdafiə naziri Sergey Şoyqunun Qazaxıstana səfərindən sonra KİV-lər “Turan Ordusu”nun yaradılmasının mümkünlüyü barədə müxtəlif iddialar irəli sürüb.