100 milyardlıq layihə üstündə böyük mübarizə: Ərdoğan yumruğunu masaya vurdu / ŞOK PLAN

100 milyardlıq layihə üstündə böyük mübarizə: Ərdoğan yumruğunu masaya vurdu / ŞOK PLANƏrəb dünyasında müharibələri dəstəkləməklə böyük dağıntıya səbəb olan qərb ölkələri indi də şəhərlərin yenidən inşa edilməsi prosesində iştirak etmək niyyətindədir.

Telexeber.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın səyi nəticəsində Liviyada vəziyyətin nisbətən sabitləşməsindən sonra dağılmış şəhərlərin bərpası gündəmə gəlib. Bildirilir ki, Fransanın, Almaniyanın və İtaliyanın Xarici İşlər nazirləri Tripoliya səfər edərək, mərkəzi hökumətə dəstək ifadə ediblər. Həmçinin amerikalı şirkət rəhbərləri mərkəzi hökumətin nümayəndələri ilə videokonfrans vasitəsilə görüşlər keçirib. Məlumata görə, qərb ölkələrinin əsas məqsədi şəhərləri yenidən inşa etməkdən əlavə, Liviyanın yeraltı sərvətlərini mənimsəməkdir.
İlkin hesablamalara görə, dağılmış şəhərlərin inşaası təqribən 100 milyard dollara başa gələcək. Qərb ölkələri Liviyada vəziyyətin normallaşmasında əsas rol oynayan Türkiyəni ölkədən sıxışdırıb çıxarmaq, Ankaranı tikinti layihəsindən uzaq saxlamaq istəyir. Türkiyə mənbələrinin məlumatına görə, bu vəziyyət Ankaranın diqqətindədir və Türkiyənin layihədə iştirak etmək barədə mövqeyi qətidir. Qərbin təzyiqinə baxmayaraq, layihədə Türkiyə şirkətlərinin böyük pay alacağı bəyan edilir.
Популярный ролик