Ərdoğan BÖYÜK MÜJDƏNİ bu gün açıqlayacaq: Analar sevincli xəbəri gözləyir
- 09.07.2021, 11:10,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Diyarbəkir vilayətinə yollanacaq.
Telexeber.az xəbər verir ki, Ərdoğanın gündəmində HDP binası qarşısında oturaq aksiya keçirən anaları ziyarət etmək də var. Ərdoğanın burada övladları terrorçular tərəfindən qaçırılan analara müjdə açıqlayacağı bildirilir.
Bir neçə gündür mətbuatda bu barədə yazılsa da, müjdənin nədən ibarət olacağı məlum deyil.
Qeyd edək ki, Ərdoğan sonuncu dəfə Diyarbəkir vilayətinə 2,5 il əvvəl səfər edib.