Paşinyan İlham Əliyevlə görüşməyə hazırdır - Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
- 03.10.2021, 09:44,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazırdır”.
Telexeber.az xəbər verir ki, bu açıqlamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İTV-yə açıqlamasında deyib. O bildirib ki, istənilən vaxtda Paşinyan İlham Əliyevlə görüşə bilər.
Qeyd edək ki, “France 24” telekanalına məlum müsahibəsində İlham Əliyev bildirmişdi ki, əgər ATƏT-in Minsk Qrupu həmsədrləri iki ölkə rəhbərlərinin görüşünü təşkil edərlərsə, buna etirazı olmayacaq. Ancaq eyni müsahibədə onu da xüsusi vurğulamışdı ki, Azərbaycan üçün “Dağlıq Qarabağ” adlı münaqişə mövcud deyil və Bakı Qarabağdakı 25 minlik erməni əhaliyə muxtariyyət də daxil, heç bir xüsusi status tanımayacaq.