Prezident qonşu ölkələrlə olan münasibətdən danışdı
- 05.10.2021, 10:22,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq.
Telexeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı oldu. Araz vadisi iqtisadi zonasının təməli qoyuldu, artıq ilkin maliyyə vəsaiti ayrıldı, ilkin investorlar da müəyyən olundu. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Həmçinin Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıblar. Bizə dost, qonşu olan iki ölkə Azərbaycana bu cür münasibət bəsləyir, Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir.