Xudafərin körpüsünün işğaldan azad olunmasından 1 il ötür
- 18.10.2021, 09:22,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin erməni tapdağından azad edildiyi gündür.
Telexeber.az-ın məlumatına görə, Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.
2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
44 gün davam edən Vətən müharibəsində Azərbaycanın igid oğulları düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad edərək bizim gücümüzü dünyaya göstərdilər. Bu gün biz öz doğma torpaqlarımızdayıq.
Allah hər birinə rəhmət eləsin!
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun, o cümlədən Xudafərin körpüsünün işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.