ABŞ hərbi bazasına hücumu kim təşkil edib
- 22.10.2021, 09:14,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Son vaxtlar hadisələrin gərginləşdiyi Suriyada ABŞ və onun müttəfiqlərinin ölkənin Ət-Tanf şəhərində yerləşən bazasına ötən gecə raket hücumları olub. Zərbələrin “müəllif”inin kimliyi barədə hələlik heç bir məlumat açqılanmayıb.
Telexeber.az xəbər verir ki, Livanın “Al Mayadeen” kanalı şahidlərə istinadən Suriya, İraq və İordaniyanın sərhədlərinin kəsişməsində yerləşən bazanın ərazisində bir neçə güclü partlayışın qeydə alındığını açıqlayıb. Hərbçilərin yaşadıqları binalar və kazarmaların hədəfə alındığı deyilsə də, şəxsi heyət arasında itkilər, habelə maddi ziyan barədə heç bir məlumat verilmir. ABŞ hərbi komandanlığı da hələlik hadisə ilə bağlı məlumat açqılamayıb. Hələlik məlum olan budur ki, zərbələri PUA endirib.
Suriyanın “AlBadia 24” informasiya agentliyi isə, öz növbəsində, raket zərbələrinin dörd qırıcı təyyarədən endirildiyini yazır. Əvvəlcə pilotsuz təyyarənin hərbi bazanın yerləşdiyi rayonda kəşfiyyat apardığı, sonra isə qırıcı təyyarələrin hərbi bazaya raket hücumları etdiyi bildirilir. Maraqlıdır ki, raket zərbələrindən əvvəl hərbi bazanın yerləşdiyi rayonda bütün peyk və mobil rabitə əlaqəsinin kəsildiyi vurğulanır ki, bu da güclü radioelektron mübarizə sisteminin işə salındığını göstərir.
Xəbərdə qeyd olinir ki, zərbələrdən bilavasitə əvvəl naməlum PUA beynəlxalq koalisiyanın nəzarətindəki zonanın 55 kilometrliyində yerləşən Ət-Tanf bazasının yaxınlığında görünüb və bunun ardınca 4 döyüş təyyarəsi zərbələr endirib. Amma qırıcıların tipi və hansı ölkəyə məxsus olması barədə agentliyin məlumatında heç nə deyilmir. Bəzi mənbələrin ehtimalına görə, bunu Suriya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcılarının etdiyi istisna deyil.