Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “Millət baxçası”nın açılışı zamanı maraqlı hadisə baş verib.
Telexeber.az xəbər verir ki, açılış zamanı ön sırada dayanan uşaqlardan biri rəmzi lenti tez kəsib. Ərdoğan lentin kəsildiyini biləndən sonra “Eyvah” deyib.Dərhal təşkilatçılar məsələyə müdaxilə edib. Lent yenisi ilə əvəzlənib. Açılış nəzərdə tutulan plan üzrə davam edib.