Ərdoğan və Bayden razılığa gəldi
- 01.11.2021, 09:00,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Baydenin görüşü keçirilib.
Telexeber.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası görüşdə müzakirə edilən məsələləri açıqlayıb.
Bildirilib ki, liderlər zirvəsində iki ölkə arasındakı əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması barədə razılığa gəlinib.
Müsbət atmosferdə keçən görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Ərdoğan və Bayden Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirmək üçün müştərək iradə nümayiş etdirəcəklərini bəyan ediblər.
İkitərəfli ticarət həcminin artırılması istiqamətində ortaq perspektiv istiqamətində atılacaq addımların müzakirə edildiyi görüşdə NATO ittifaqı və strateji ortaqlıq mühiti xüsusi vurğulanıb.