İşğaldan azad olunmuş ərazilərdə sakinlər arasında pay torpaqlarının bölgüsü aparılacaq.
Telexeber.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Qarabağ bölgəsi işğal altında olduğu üçün indiyə kimi həmin ərazilərdə torpaq islahatı aparmaq mümkün olmayıb. Millət vəkilinin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanıb. İşğaldan azad edilmiş kəndlər bərpa olunarkən hər bir evə təqribən 12 sot torpaq ayrılacaq.
Tahir Rzayev bildirib ki, pay torpaqlarının bölgüsü ilə bağlı qeydiyyat işləri aparılır. Hazırda əkinə yararlı torpaqlar araşdırılır. "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələrinin həyata keçirildiyi Zəngilan rayonunda 600 hektara yaxın torpaq yararlı hala salınıb və 450 hektara yaxın torpağın isə əkinə ayrılması nəzərdə tutulur.
Millət vəkili əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə torpaqlarının da müəyyənləşdirilməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: