Xəstəxanada skandal: Koronavirus xəstələri… - Qadın həkimlər ayağa qalxdı

Xəstəxanada skandal: Koronavirus xəstələri… - Qadın həkimlər ayağa qalxdıHindistanın Tamil Nasu əyalətindəki xəstəxanada baş verən hadisə Səhiyyə Nazirliyini hərəkətə keçirib.

Telexeber.az xəbər verir ki, iki kişi həkim koronavirusa yoluxduğu üçün işlədikləri xəstəxanada karantin altına alınıb. Bildirilir ki, onlardan biri telefonla danışmaq istədiyini bəhanə edərək, qadın həkimi otağına çağırıb. Ardınca isə ona qarşı nalayiq hərəkətlər edib. Digər həkim isə tibbi yardımda ehtiyacı olduğunu bəhanə edərək, həmkarını otağına çağırıb. Nəticədə kişi həkim qadın həmkarına təcavüz edib. Təcavüzə məruz qalan qadın həkimlər məsələ barədə rəhbərliyə şikayət edib. Digər qadın həkimlər də onlara dəstək veriblər.
Qalmaqaldan sonra hər iki həkim işindən uzaqlaşdırılıb. Onlar məsuliyyətə cəlb ediləcək.
Популярный ролик