Almatı şəhərindəki Respublika meydanında silah səsləri eşidilir.
Telexeber.az TASS-a istinadən xəbər verir ki, atışma hərbçilərlə silahlı şəxslər arasındadır. Bildirilir ki, əraziyə cəlb edilən hərbçilər, nümayişçiləri meydandan təmizləmək üçün müdaxilə edib. Nəticədə qarşıdurma baş verib. Meydan hərbi texnikalar və çox sayda hərbçi ilə mühasirəyə alınıb. Xatırladaq ki, qazın qiymətinin artımından sonra Qazaxıstanda etirazlar başlayıb. Qiymət endirilsə də, etirazlar səngimir. Ölkədə fövqəladə vəziyyət elan edilib. Hökumət istefa verib. Nursultan Nazarbayev Təhlükəsizlik şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.