Çeçenistan müharibəsini unutmayın, rus analar yenə ağlar qalacaq - Rusiyaya ŞOK XƏBƏRDARLIQ
- 26.01.2022, 12:21,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiyanın müdaxilə edəcəyi təqdirdə NATO-nun Ukraynaya canlı qüvvə göndərməsi indiki vəziyyətdə mümkün deyil”.
Telexeber.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson belə açıqlama verib. O bildirib ki, NATO Avropadakı müttəfiqlərini müdafiə etmək üçün hərbi qüvvələrini səfərbər etməyə hazırdır. Lakin Ukrayna üçün indiki halda bu mümkün deyil. Rusiyanın Ukrayna sərhədinə hərbi qüvvə yığması ilə bağlı suala Conson belə cavab verib:
“Böyük və güclü ölkənin açıq işğal təhdidi ilə qonşu ölkənin sərhədinə əsgər cəlb etməsi və tank toplaması zəif olduğunu ortaya qoyan görüntülərdir. Ən pis ssenarinin yaşancağı halda Ukrayna sərt formada qarşılıq verəcək. Bu müharibə Çeçenistan və Bosniyadakı müharibələrə bənzəyə bilər. Rusiya bu yolu seçərsə bir çox rus anasının övladı evə qayıda bilməyəcək”.