Qubadlı gömrük postundan yığılan vəsaitin məbləği açıqlandı

Qubadlı gömrük postundan yığılan vəsaitin məbləği açıqlandı“Qubadlı inzibati rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postu yalnız malların və nəqliyyat vasitələrinin idxalının ölkə ərazisində rəsmiləşdirilməsi deyil, həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkə ərazisinə daxil olan beynəlxalq nəqliyyat vasitələri, istər yüngül, istərsə də yük nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi, yoxlanılmasının təmin edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş həddə gömrük rüsumları, yol vergisi ilə bağlı tətbiq olunan rüsumların alınmasını həyata keçirir”.

Telexeber.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsində (DGK) gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında Komitə sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, bu postdan yük keçmədiyi və idxal əməliyyatları aparılmadığı üçün məqsəd milyonlarla vəsaitin yığılması deyil.

“Burada əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etmək, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin digər keçid məntəqələrində olduğu kimi nəzarətini həyata keçirməkdir.

Bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi həmin gömrük postundan keçib. Bunların arasında fərdi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var.

Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”, - deyə Səfər Mehdiyev əlavə edib.
Популярный ролик