179 nömrəli tam orta məktəbin qapısını,Qazi qardaşımızın körpələrinin üzünə Bakı təhsil idarəsi bağladı (Yer yoxdur dedilər)
- 17.02.2022, 12:53,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
44 günlük qanlı müharibədə canını heçə sayaraq düşmənin qarşısında dağ kimi dəyanıb, fırtına kimi irəliləyib, düşmənin külünü göyə sovurasan, vətəni ailənnən üstün bilib, onu yağı düşmənlərdən azad etməsi uğrunda Şəhidliy,Qaziliy zirvəsinə ucalasan və ən sonunda qələbə qazanıb Cənab Prezidentimizin göstərişi ilə sinən dolu medallarla ailənin yanına qayıdasan,bütün bunları nəzərə alıb iki körpə balanı məktəbə qəbul etmiyələr ki,yer yoxdur.Axı bular niyə başa düşmək istəmirlər ki,vətənin azadlığı uğrunda canını sipər edən igid qardaşlarımız olmasaydı,indi nə məktəb qalardı nə də ki müəllim.Hərbirimiz igid oğullarımıza ömrümüzün sonunadək borcluyuq,Allah Qazilərimizə can sağlığı,Şəhidlərimizə Allahdan rəhmət diləyirik.Bəs yaxşı, bizlər igid qardaşlarmıza hörmətlə yanaşdığımız bir halda, 179 nömrəli məktəbin direktoru eləcədə ,Bakı təhsil idarəsi niyə Qazi qardaşımızın iki körpəsini təhsil almaları üçün məktəbə götürmürlər.Adınıda qoyurlar ki,yer yoxdur.Biz dəfələrlə müraciət etdik Bakı təhsil idarəsinə, təsüf hissi ilə bildirirəm ki,heçbir faydası olmadı.Min bir bəhanə gətirdilər,yalan vəd verdilər,son sözləri o oldu ki,məktəbdə yer yoxdu.Əlavə bir stulu igid (Qazi) qardaşımızın körpə balasına çox görən müəllim, səhər vətənpərvərlikdən necə danışa bilər.