Daha iki məktəb əyani tədrisə qayıtdı

Daha iki məktəb əyani tədrisə qayıtdıPaytaxtdakı 27 və 42 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhər Təhsil İdarəsindən Telexeber.az-a verilən məlumata görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Популярный ролик