İranın Təbriz şəhərində hərbi təyyarə qəzaya uğrayıb.
Telexeber.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. Təyyarənin İrana aid olub-olmadığı açıqlanmayıb.Yerli mənbələrin məlumatına görə, təyyarə Münəccim bulvarı üzərində yerləşən idman salonunun üzərinə düşüb. Rəsmi mənbələrin məlumatına görə, hadisə nəticəsində indiyə qədər 3 nəfərin həlak olduğu təsdiqələnib.Yaralıların olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.
Sosial medianın İran seqmentlərində paylaşılan videolar qəzaya aid olduğu bildirilir.