Kimin belə QÜDRƏTİ VAR? - NARAZILIQ!

Kimin belə QÜDRƏTİ VAR? - NARAZILIQ! "Məlumdur ki, Alimpaşa Məmmədovun dövründə bütün çirkli işlərin arxasında, rüşvət və korrupsiya məsələlərinin isə başında Qüdrət Əliyev dayanırdı. Törətdiyi əməllərə görə cavab verəcəyini çox yaxşı anlayan Qüdrət Əliyev, Alimpaşa Məmmədov həbs olunmazdan cəmi 15 gün əvvəl Şəmkir rayon Təhsil Şöbəsinə müdir təyin olmağa müvəffəq olmuşdur".

Telexeber.z bildirir ki, Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Həmin gündən Şəmkir Təhsilinin biabırçı, xəcalətli, başıaşağı günləri başlamışdır. Təhsil işçiləri, daha doğrusu məktəb direktorları ilə ilk görüşdə, Qüdrət Əliyev bildirmişdir ki, ilk iş yeri Ata Quşçuluq fabriki olmuşdur. Bununla da bundan sonra edəcəyi hərəkətlərə haqq qazandırmağa çalışmışdır ki, insan quş uçurmaq işindən gəlib belə məsuliyyətli siyasi vəzifəyə. Ardınca isə, öz şəxsi keyfiyyətlərini biruzə verməyə başlayıb. Yüksək tribunadan de ki, "Cənab Prezident deməli, sizi iti qovan kimi qovaram". Ancaq ziyalı təbəqə olan direktorlar çox səbrlə bu təlxək oyunları izləməkdədir. Bəzi direktorlar isə sual edir, görəsən Qüdrət Əliyev kimi kimin torpağından qovur ?!
Ancaq DTX əməkdaşlarının uğurlu fəaliyyəti nəticəsində, bir neçə saatlıq da olsa Qüdrət Əliyevin qolu buruldu və qulağına sehrli sözlər deyildi. Bir müddətdir başı istintaq işinə qarışmış Qüdrət Əliyev, yenidən siyasi səhnəyə dönüş etməyə çalışır. Lakin nafilə...
Ötən günlərdə Şəmkir rayon Təhsil Şöbəsinin rəsmi Facebook səhifəsində bir videorolikə rast gəldim. Videorolik maarifləndirici xarakter daşıyır, məzmunca isə çox səliqəli iş alınıb. Lakin videorolikin başlığında Qüdrət Əliyev özünü reklam etmək məqsədi ilə cəmi 3 cümləlik müraciət edib. Təsəvvür edirsinizmi, 3 cümləlik müraciətdə 3 səhv edir. Hörmətli Qüdrət Əliyev müəllimə xatırlatma: məktəbəqədər müəssisə yox, məktəbəqədər təhsil müəssisəsi!"
Популярный ролик