Putinin yaxın adamı açıqladı: Ukraynada işlər plan üzrə getmir
- 15.03.2022, 15:34,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ukraynada işlər plan üzrə getmir”.
Telexeber.az xəbər verir ki, prezident Vladimir Putinin keçmiş mühafizəçisi Milli Qvardiyanın komandanı Viktor Zolotov belə açıqlama verib. O bildirib ki, Moskva Ukraynada daha sürətlə irəliləyə biləcəyini güman edirdi. Zolotov iddia edib ki, rus qüvvələri mülki vətəndaşlara zərər verməmək üçün ləng irəliləyir. Onun sözlərinə görə, mülki insanlar arasında gizlənən radikal ünsürlər sakinlərdən “canlı qalxan” kimi istifadə edir. Rus hərbçilər sakinlərə zərər verməmək üçün təmkinlə irəliləyir.