Ulu Öndər Heydər Əliyev deyirdi ki, meliorasiya və su təsərrüfatı bizim sərvətimizdir və bu sərvətdən SƏMƏRƏLİ istifadə etməliyik.
Mərhum Prezident bir cümlədə 2 mühüm məsələyə toxunub.
Birincisi, suyun milli sərvət olması barədə fikrini bildirib.
Görəsən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədov başa düşmür ki, milli sərvəti dağıtmazlar, talan etməzlər.
İkincisi, Ulu Öndər bildirb ki, sudan səmərəli istifadə edərlər.
Elçin Əsədov isə sudan nəinki səmərəli istifadə edir, əksinə başını açıb fermerlərə, sahibkarlara su sataraq milyonlar qazanır.
Təsadüfi deyil ki, Neftçalada gəlib-gedən icra başçılarının “rüşvət dəftəri”ndə həmişə 1-ci yerdə Elçin Əsədovun adı olub.
Neftçala rayon Astanlı kənt sakini Bağırov Elton Həsən oğlu Telexeber.az-a müraciətində bildirir ki,Qəhrəmanlı kəndində yerləşən pay torpaq icarəyə götürüb 28 hektar taxıl əkib.Hal-hazırda taxıl sahəsi susuzluqdan məhv olub gedir.Dəfələrlə Qəhrəmanlı inzibati ərazi nümayəndəliyinə,su kanal suvarma idarəsinə,ocümlədən Qafarov Ələsgər Sahib oğluna müraciət etməyinə baxmayaraq nəticəsiz qalmışdı.
Qonşuluğunda yerləşən pay torpaqların əkin sahələrinə su verildiyi halda,nədənsə Eltun müəllim üçün su əl çatmaz olub.
Burda yaxşı bir sual vermək olar,NİYƏ?
Bu sətin suala Qafarov Ələsgər Sahib oğlu asanlıqa cavab verir.O,cavab olaraq bildirir ki,qonşuluqda yerləşən pay torpaqların sahibləri pulu DOBRU verir.Amma Qafarov Ələsgərə hər hektar üçün Elton müəllim tərəfindən verilən 7-10 manat arası pul azlıq edib.
Oğlu ikinci Qarabağ qazisi olan Ata,indi ac göz,rüşvətxor məmurların qarşısında aciz qalıb.Elton müəllim bildirir ki,ailədə heçkim işləmir,hamı gözünü tikib əkilən məhsula.Lakin oda Video çəkilişdən gördüyünüz kimi qup qurudu.Elton müəllim onuda qeyd edib ki,rayonda rüşvətxorluq baş alıb gedi,Qazi Atası olaraq şikayətini aidiyyatı orqanlara çatdırılmasını xahiş edib.