İlin sonunda Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı gözlənilir - Nazir

İlin sonunda Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı gözlənilir - Nazir“Azərbaycan qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaqdır”

Telexeber.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Şahbazov 27-ci “Bakı Enerji Forumu”nda çıxışında deyib.
Çıxışda Ümummilli lider Heydər Əliyevin neft strategiyası ilə təşəkkül tapmış “Xəzər Neft və Qaz” sərgi - konfransının uzun illər Azərbaycanın neft-qaz ölkəsi kimi inkişafına qlobal marağın cəlb edilməsində və nailiyyətlərinin dünyaya tanıdılmasında mühüm rolundan, bu müddətdə ölkəmizin Xəzəri enerji mərkəzinə çevirən uğurlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün məsələlərdə olduğu kimi enerji ilə bağlı da doğru zamanda, ardıcıllıqla qəbul etdiyi çevik strateji qərarlar Avropa və dünya bazarlarına dayanıqlı enerji təchizatının qarantı olan diversifikasiya nümunələrini qazandırıb. Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə ən çox ehtiyac olan vaxtda avropalı istehlakçılara tədarükü məhz belə bir siyasətin nəticəsidir. Energetika naziri deyib ki, bu gün Azərbaycan qazı müxtəlif ölkələrin ümumi qaz istehlakının 13-90%-ni təşkil edir:

“TANAP və TAP ilə Türkiyə və Avropaya indiyə kimi 29 milyard kubmetr, bu ilin 5 ayında isə 6,8 milyard kubmetr qaz nəql olunub. İlin sonuna bu göstəricinin 16 milyard kubmetrə çatacağı, Avropaya qaz ixracımızın 10 milyard kubmetrin üzərində olacağı gözlənilir.”
Популярный ролик