Ukraynada döyüşən bir qrup rus hərbçi Prezident Vladimir Putinə videomüraciət ünvanlayıb.
Telexeber.az xəbər verir ki, qondarma Donetsk Xalq Respublikası ordusunun tərkibində döyüşən hərbçilər, onlar üçün yaradılan şəraitdən şikayətlənib. “Hərbçiləri ölümə göndərməklə nə əldə edirsiniz?” deyə sual edən birlik komandanı bildirib ki, onlar Ukraynada ön cəbhədə döyüşüb. Komandan qida və tibbi ləvazimatların çatışmazlığından narazılıq edib. Hərbçi bildirib ki, onlar uzun müddət soyuq hava şəraitində ac döyüşüb. Komandan dilə gətirilən şikayətlərin bəzi dairələr tərəfindən təxribat kimi qəbul edilməsindən şikayət edib.