Pol Biya Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Pol Biya Azərbaycan Prezidentinə təbrik ünvanlayıbKamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Telexeber.az xəbər verir ki, təbrik məktubunda deyilir:


"Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.

Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.

Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin".
Популярный ролик