Telexeber.az-a müraciət edən izləyicilərimiz maraqlı və utanc verici hadisə ilə üzləşdiklərini bildiriblər.10.06.2022 ci il tarixində, tibb üzrə fəlsəfə doktoru Şahsuvarov Oruc həkimə müraciət edərək xəstələrə narahatçılıq verən zoblarını müayinə və müalicə etdirmək istəyiblər.
Hərkəsə məlum məsələdir ki,dövlət xəstəxanaları eləcədə bir sıra özəl xəstəxanalar 1 aprel 2021-ci il tarixdən etibarən bütün ölkə əhalisi icbari tibbi sığorta ilə əhatə olunub. Ölkədə icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə isə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli Qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib.
İcbari tibbi sığorta haqlarının yığımını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə Telexeber.az-a bildirib ki, hüquqi və fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqları ödənilir. İcbari tibbi sığorta haqları aylıq ödənişdir və növbəti ayın 15-dək ödənilməlidir.
Bəs yaxşı belə olduğu təqdirdə M. Topçubaşov adına elimi cərrahiyə mərkəzi niyə tibbi sığorta ilə əhatə olunmayıb və ya olunubsa niyə tibb üzrə fəlsəfə doktoru Şahsuvarov Oruc həkim eləcədə Uzi Aytən xanım tərəfindən vətəndaşdan pul tələb olunub?
Xəstə, Oruc həkim tərəfindən ilkin müayinə olunduqdan sonra göndərir Uzi Aytən xanımın yanına.Orda xəstələr müayinə olunduqdan sonra hər xəstədən 20 manat rüşvət tələb olunub.Xəstələr oranı dövlət xəstəxanası bilib pula ehtiyac olmayacağını fikirləşir üzərlərində pul götürmür,ona görədə ödəniş etməkdə çətinlik çəkirlər və Aytən xanıma borclu qalırlar.İsrarla tələb olunan rüşvətə qarşılıq xəstə, haqlı olaraq qarşılıq verir ki,bura dövlət xəstəxanasıdı,niyə və hansı səbəblərə görə ödəniş etməliyik?
Məslənin mahiyyəti ilə bağlı həkimlə əlaqə saxladıq.
-Aytən xanım Telexeber.az-a cavab olaraq bildirdi ki,deyilənlər şər böhtandır, adı çəkilən xəstələrdən pul istənilməyib.Siz bilmirsizniz kimin haqqında nə yazırsınız, bilirsiniz mən kimin qızıyam?
Aytən xanım biz sizə inandıq diyəkki,onda bir sualımızada cavab verməyinizi sizdən xahiş edirəm.
Şahsuvarov Oruc həkim niyə 10.06.2022 ci il tarixində saat 11:32 12:21 17:55 18:00 radələrində xəstənin mobil nömrəsinə zəng vuraraq bildirmiş ki,borclu qaldığınız uzinin pulunu çatdırn.Aytən xanım məni dəyqədə bir yığır.(məbləğ 40 manat edir)
Onuda diqqətinizə çatdırım ki,Uzinin cavabı ilə Oruc həkimə yaxınlaşan xəstələr ordada haqsızlıqla üzləşiblər desək yanılmarıq,15,20 manat pul tələb olunub.Vermədikdə isə rüşvətə örgəşmiş sifətlərini elə büzürlər ki,xəstənin xəstəliyi 1-ə 5 artır əsəbdən.
Bəli,ölkəmizdə xalqın rahatlığı üçün qanunlar yazılsada, belənçi həkimlər riayət etmək istəmirlər qanunlara.Ancaq pul,rüşvət,bəs Hipokrat andı harda qaldı?
Aidiyyatı orqanlara müraciətimizi ünvanlayacağıq ki,sistem dəyişsədə bəzi həkimlərin rüşvətə qarşı sevgisi dəyişməz olaraq qalıb.Telexeber.az olaraq xahiş edəcəyik ki,Dövlətimizin qanunlarını heçə sayan həkimlər barəsində tədbir görülsun, bi çarə xəstələr yazıqdı axı.