Dəfələrlə sosyal şəbəkədə eləcəcdə Telexeber.az da xalqın su cəhətdən yaranmış problemini işıqlandırdıq dedilər ki,şantaj edirsiniz bizi.Dedik düz deyirlər hardasa fakta əsasən yazmalıyıq natəmiz,çirkab dolu kanalların şəklini paylaşdıq dedilər mantajdı.
Bəs yaxşı Telexeber.az nəyi necə etsin ki,Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri ZAUR MİKAYILOV Saatlı rayon su meliorasiya idarəsində baş verən qoçuluğa son qoysun.Tahir müəllim suyun qabağını kəsir,sakinlər Telexeber.az-a müraciət edir.Tahir müəllim yeyintiyə yol verir kanalları vaxtı-vaxtında təmizlətdirmir,sakinlər yenə Telexeber.az-a müraciət edirlər.Sakinlərin müraciətinə biz baxacıyıqsa bəs yaxşı Tahir müəllim nə səbəbdən kreslonu zəbt edib.Nolar ki,hava isti olanda,əkinçiliklə məşqul olan sakinlərlə görüşüb,onların dərdini,problemini yerindəcə həll etmək lazımdır ya yox?
Bu haqda suallarımız çox olub,ancaq birinidə özlərinə əziyyət verib cavablandırmırlar.Bir şeyi yaxşı icra edirlər,özüdə təxirə salmadan.
Prezidentimiz Cənab İlham Əliyev fonddan hər il hər hansı bir miqdarda məbləğ ayırır ki,əkinçiliklə məşqul olan sakinlərin əkin sahələrini vaxtı vaxtında suvarmaq üçün heç bir maniə yaranmasın.Əziyyətlə əkib becərdikləri məhsuldan birə beş xeyir götürsünlər.
Ancaq nədənsə Tahir müəllim bu məqsədlə ayrılmış pulları başqa məqsədlərinə istifadə edib,əkin sahələrini yaman günə qoyur.Buna sübut olaraq foto göstərə bilərik ki,kanalların hal-hazırki vəziyyəti nə durumdadır.
Dəfələrlə axar suyun qarşısını kəsib öz sahələrini suluyublar,bəsdirin daha sakinlər boğaza yığılıb səslərinidə heç Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri ZAUR MİKAYILOV da eşitmək istəmir.