Zabuxdan çıxan ermənilər Zəngəzura yerləşdirilir? - Siyahı tərtib edilib...
- 15.08.2022, 14:12,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Laçının Zabux kəndinə qanunsuz şəkildə köçürülmüş ermənilərin köçürülməsi prosesi davam edir. Laçın, Zabux, Susada qanunsuz yerləşdirilmiş ermənilər ərazilərimizdən avqustun 25-dək təxliyyə olunacaqlar.
Onların hara yerləşdirilməsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına görə, Zabux kəndində yaşayan ermənilərin problemi Qarabağ separatçıları tərəfindən həll olunacaq:
“Sus kəndinə gəlincə, məndə heç bir məlumat yoxdur. Problem həmin ərazilərin DQMV sərhədlərinin daxilində və ya xaricində olmasıdır”. Digər məlumatda isə ermənilərin Zabuxdan Xankəndi istiqamətində köçürüləcəyi vurğulanıb. Yenicə yayılmış daha bir məlumata görə Zabuxda yaşayan ermənilərin bir qismi Zəngəzura köçürüləcəkdir. Bu barədə Zəngəzur qubernatorunun müavini Nare Qazaryan açıqlama verib. O deyib ki, 14 ailə köçlə bağlı Zəngəzur vilayət administrasiyasına müraciət edib. Bundan sonravilayət qubernatorunun tapşırığı ilə bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılaraq mənzillərin siyahısı hazırlanıb. Hətta həmin ailələrin işlə təminatı məsələsi də gündəmdədir.
Məlumat üçün bildirək ki, Zabux ermənilərinin əksəriyyəti Suriya və Livandan olan ermənilərdir. Qarabağ işğal olunandan bir neçə il sonra qanunsuz olaraq həmin ermənilər Zabuxa köçürülüb. Suriyada vətəndaş müharibəsi başlayandan sonra ermənilər Laçına, Zəngilana və digər rayonlara yerləşdirilib. Ərazilərimiz işğaldan azad olunanda qanunsuz olaraq yerləşdirilən ermənilər qaçıb getdilər. Amma Zabuxda ermənilərin qalması “Laçın dəhlizi”nin həmin kənddən keçməsi ilə əlaqədar idi.