Telexber.az GundemXeber.Az-a istinadən bildirir ki, bir-neçə il bundan öncə Dövlət Yanğından Mühafizə Xidmətinin kabinetlərində iyrənc və əxlaqsız hərəkətlərə yol verilib. Videoda görüntüləri yayılan şəxslərin kimliyi haqqında da redaksiyamıza ilginc məlumatlar daxil olub. Belə ki, əldə etdiyimiz məlumata görə, iş otağında seksual hərəkətlərlə məşğul olan şəxslər Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Fizuli Əsədovun koməkçisi polkovnik Zaur Mirzəyev və Əks cinsin nümayəndəsi isə Aytəndir. Bu qadının məxfi şöbənin rəisi vəzifəsində çalışdığı bildirilir. Ən pis hal odur ki, dövlət məmurları əynindəki uniforma ilə, (dövlət atributlarını əks etdirən geyimdə) əxlaqsız hərəkətlərə yol verirlər. Bunun da əks təsiri qarşısında dövlət və dövlətçiliyimiz dayanır. Xatırladaq ki, baş idarənin rəisi Fizuli Əsədov kecmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır. Etibarlı mənbənin redaksiyamıza verdiyi xəbərə görə, Zaur Mirzəyev əvvəlcə qadınları seksə cəlb edir, sonra da onları şantaj edir. Digər bir məlumata görə isə, mərkəzi aparatda hansısa rəhbər şəxsin Mirzəyevi yönləndirdiyi bildirilir.