Kəlbəcərdə həlak olmuş əsgərimizə şəhid statusu verildi

Kəlbəcərdə həlak olmuş əsgərimizə şəhid statusu verildiAzərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olmuş hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.

Telexeber.az "Report"a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.


Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Популярный ролик