Paşinyan Blinkenlə danışıb
- 13.09.2022, 09:32,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Telexeber.az xəbər verir ki, bu barədə Ermənitan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin dərin narahatlığını ifadə edib və vəziyyətin daha da gərginləşdirilməsini yolverilməz hesab edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.