Səfir ermənilərin hücumundan yazdı: "Fransaya ayıb olsun"
- 19.09.2022, 09:01,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.
Telexeber.az xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev tviter hesabında isə Fransanın bu hərəkətini kəskin tənqid edib:
"Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!", - Rəhman Mustafayev tviter hesabında yazıb.