Ukraynaya keçmək istəyən azərbaycanlılar ÖLDÜRÜLDÜ

Ukraynaya keçmək istəyən azərbaycanlılar ÖLDÜRÜLDÜAzərbaycanlıların olduğu avtobus Ukrayna-Rusiya sərhədində atəşə məruz qalıb.

Telexeber.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus vurulub. Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib: "Daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb", - deyə o qeyd edib.

Həlak olan şəxslərin Rusiyanı tərk etməsinə səbəb kimi elan edilən qismən-səfərbərlik qərarı göstərilir.
Популярный ролик