Rusiyanın Müdafiə Nazirliyi Polşaya raket zərbəsi endirilməsini təxribat adlandırıb.
Telexeber.az xəbər verir ki, açıqlamaya görə, Polşaya rus raketlərinin düşməsi barədə ittihamlar bilərəkdən təşkil edilən təxribatdır.
Qeyd edək ki, amerikalı nümayəndə "Associated Press" agentliyinə açıqlamasında Polşanın Ukrayna ilə sərhəddə yerləşən Przevodov kəndinə Rusiyaya məxsus raket düşdüyünü bildirib. O iddia edib ki, raket hücumu nəticəsində 2 nəfər həlak olub. Raketin hansı istiqamətdən atıldığı hələlik məlum deyil.
Hadisədən dərhal sonra Polşanın Milli Təhlükəsizlik Komitəsinin təcili iclası çağırılıb. Pentaqondan isə məsələnin araşdırıldığı barədə açıqlama verilib. "Spekulyasiya etmək istəmirik. Lakin bizim NATO-nun hər bir qarışını qorumaq barədə mövqeyimiz qətidir" - açıqlamada deyilir.
Qeyd edək ki, Prezident Vladimir Zelenski Rusiyanın Ukraynaya 85 raket zərbəsi endirdiyini açıqlamışdı.
Əlavə edək ki, Polşanın üzvü olduğu NATO-nun 5-ci şərtinə görə, alyansın hər hansı birinə edilən hücum bütün üzv ölkələrə edilmiş hücum sayılır.