Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib.
Telexeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib:
- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
- İnternat tipli lisey;
- İnternat tipli gimnaziya;
- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
- İnteqrasiya təlimli ümumtəhsil məktəbi;
- Xüsusi ümumtəhsil məktəbi;
- İnternat tipli xüsusi ümumtəhsil məktəbi.
Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub:
- Ümumtəhsil internat məktəbi;
- İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
- İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
- Xüsusi məktəb;
- Xüsusi internat məktəbi;
- İnteqrasiya təlimli internat tipli gimnaziya;
- Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.