Deputat Talıbovların mülklərinin siyahısını açıqladı: "570 min dollarlıq mənzil, 34 milyonluq hotel"
- 01.12.2022, 10:21,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Talıbovların Dubay mülkləri. Hamısı məcburən satdırılmalı və pullar Qarabağda tikinti-quruculuq işlərinə yönləndirilməlidir".
Telexeber.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev öz feysbuk hesabında qeyd edib.
Deputat Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun oğlanları - Rza və Seymur Talıbovun Dubayda olan mülklərinin siyahısını yazıb:
"Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr də var. Qiyməti 550 min dollardır. Dubayda yerləşən “Bulvar Central Tover 2”- də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir. “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır. “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.
63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.
Seymur Talıbovun “Marina Gatedə” 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır. Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır. Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Hotel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir", - deyə paylaşımında qeyd edib.
Qeyd edək ki, 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olan Seymur Talıbovun universitetdəki işindən çıxarılması ilə bağlı məlumat yayılmışdı. Universitetdən sorğumuza cavab olaraq bildirilmişdi ki, yayılan məlumatlar barədə heç bir rəsmi qərar yoxdur: Vasif Talıbovun oğlu vəzifəsindən azad edilib? - AÇIQLAMA