Beyləqanda 4 nəfəri öldürən şəxslə bağlı QƏRAR

Beyləqanda 4 nəfəri öldürən şəxslə bağlı QƏRARBeyləqanda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Telexeber.az xəbər verir ki, bu barədə rayon məhkəməsində qərar elan olunub.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, hadisə dekabrın 2-də rayonun Tatallar kəndində baş verib. Hadisəni mərhumların qonşusu, 27 yaşlı Fuad Cəlilzadə törədib. O, ata ilə ananı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib. Ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
Популярный ролик