Molla rejimi 23 yaşlı gənci edam etdi - FOTO
- 09.12.2022, 10:46,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda etiraz aksiyalarında həbs edilən şəxslərdən biri edam olunub.
Telexeber.az BBC-yə istinadən xəbər verir ki, edam edilən 23 yaşlı Möhsün Şəkəri adlı şəxs Tehranda təhlükəsizlik işçisini bıçaqla yaralamaqda və küçəni bağlamaqda ittiham olunurdu. Noyabrın 29-da onun edam qərarı verilsə də, dünən artıq proses baş tutub.
Hüquq müdafiəçiləri Şəkərinin işgəncələrə məruz qaldığını və cinayəti etiraf etməyə məcbur edildiyini bildirib. Şəkəri İranda etiraz aksiyalarına görə edam edilən ilk şəxsdir.
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, İran hakimiyyəti etiraz aksiyalarında saxlanılan 21 nəfəri ölüm cəzasına məhkum edib.