Əlilliyi olan gənc könüllü də Şuşada aksiyaya qoşuldu - FOTO
- 19.12.2022, 09:04,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Şuşa-Xankəndi yolunun üzərində aparılan haqlı aksiyamız hələ də davam etməkdədir.
Telexeber.az xəbər verir ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz zəbt edib. Sözügedən bu işğal hazırda da davam etməkdədir. Rusiyalı sülhməramlılarının isə bu kimi əməllərə haqsız yanaşması çox pis haldır. Bir neçə gündə Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində baş tutan dinc etiraz aksiyası bunun əyani göstəricisidir. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir. Keçirilən bu aksiyaya dəstək gənclər tərəfindən də daha çoxdur. Onlardan biri də gənc könüllü İbrahim Məmmədovdur. O, aksiya ilə bağlı fikirlərini bölüşüb:
"Hələ uşaqlığımdan Şuşa haqqında eşidirdim, orada olan şəhərin gözəlliyi və s. Mədəniyyyət paytaxtı olan Şuşada olmaq çox gözəl hissdir.
Hər daşında bir əfsanə bir qəhrəmanlıq yatır. Bildiyiniz kimi artıq 7-ci gündür ki, Şuşa-Xankəndi yolunda ictimai fəallar gənclərlə bərabər haqlı olaraq bir aksiya həyata keçirir. Mən də ilk əlilliyi olan şəxslərdən biri olaraq bu aksiyaya dəstək üçün iştirak etdim. Gənclərlə bərabər Rusiya sülhməramlı əsgərlərinə "Stop Eco Terror" devizi ilə çağırış etdik. Təbii sərvətlərimizin ermənilər tərəfindən istismar edilməsinə imkan verməyəyik",- deyə o qeyd edib.
Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.