Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
- 17.01.2023, 10:05,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Nazirlikdən Telexeber.az-a bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib: Maliyyə vəziyyəti haqqında hesabat; Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün həmin qərarla “Maliyyə fəaliyyətinin olmaması barədə arayış” forması təsdiq edilib.
Göstərilənləri nəzərə alaraq, www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçmək və nəzərdə tutulan formalara uyğun olaraq illik maliyyə hesabatlarını və ya “Maliyyə fəaliyyətinin olmamasına dair arayış”ları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə elektron qaydada təqdim etmək tələb olunur. Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 469 Günay Mamedova, 292 Ülkər İsmayılova.