Saatlı rayon,Qaranuru kənt vətəndaşı, eyni zamandada 44 gün sürən Vətən Müharibəsi (II Qarabağ müharibəsi) Qazisi, Allahverdi Vəliyev Feyruz oğlunu elə vəziyyətə yumarlayıb salıblar ki,indi Qaranuru kəndində bir qarış torpağa möhtac qalıb.Axı Qazi müraciətində ev istəmir,çörək istəmir,iş istəmir ki,sizdə deyəsiz fondda pul yoxdu,imkan olanda edərik qeydə alıq və yaxutda deyəsiniz ki,kənt yerində zavod,fabrik var ki,işlə təmin edək.Sadəcə bir şey istiyir,əkib becərmək,qazanc əldə edib ailəsini,balasını saxlamaq üçün torpaq istiyir ki,onuda pay yox,icarəyə istiyir.Bəs yaxşı kişi gedib bu torpaq uğrunda vuruşub,döyüşüb,erməni şərifsizlərin anasını ağladıb.İndidə Saatlının Qaranuru kəndində vuruşsun ki,əkin üçün torpaq sahəsi əldə edə bilsin? 24 avqust 2020-ci ildə,Saatlı rayonuna mən diyərdim ki, yenidən günəş doğdu.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bağırov Elmir Məmməd oğlu Saatlı rayon İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir. Bu təyinatdan sonra, Saatlı rayonunda bir çox vətəndaşların şikayətlərinə,müraciətlərinə yenidən baxılmış, həlli üçün Cənab Başçı müvafiq göstərişlər və tapşırıqlar vermişdir.Elmir müəllim Şəhid ailələrinə,Qazi qardaşlarımıza xüsusi qayğı və diqqət göstərir.Biz əminik ki,Qazi Allahverdi Vəliyevin Telexeber.az a müraciət əsnasında atdığı səs yazısını Cənab başçı dinləyib köməklik edəcək.Çünki bu kimi insanların damarında Vətənpərvərlik qanı axır.