Şəhidlərimizin adını daim uca tutan Şuşa rayonu 7 nömrəli tam orta məktəbin bu səfərki addımı eşidənləri qürurlandırdı.2 A sinfinə 44 günlük müharibədə şəhid olmuş Əliyev Timur Nurəddin oğlunun adı verildi.Tədbirdə məktəbin direktoru E.D.Dadaşov,Şəhidimizin həyat yoldaşı Könül xanım,direktor müavini X.Novruzova,Hərbi rəhbər Z.Babayev,Psixoloq Q.Şəfiyeva,Sinif rəhbəri A.Allahyarova,həmçinin sinif rəhbərliyini N.Əlizadənin etdiyi IV sinif şagirdləri iştirak edirdilər.Tədbirin açılışını direktor E.D.Dadaşov etdi.Şəhid qəhrəmanımızın övladı da 2 A sinfinin şagirdidir.Şagirdlər şeirlərini şəhidlərimizə ərmağan etdilər.Daha sonra şəhidimizin rəsmi qarşısına qərənfillər qoyuldu. Ümumiyyətlə məktəbdə şagirdlərə vətənpərvərlik ruhunda əlavə dərslər keçirilir.Azərbaycanın tarixi səyfələnir və vətəni üçün canını fəda etmiş mərd oğullar haqqında şagirdlərimizə məlumatlar verilir,onların mərdliklərindən danışılır.