Ölkəmizin ən dəyərli sərvətlərindən biridə qara qızıl kimi adlandırdığımız NEFT yer altı sərvətimizdir.Ancaq bu xam malın əldə edilməsində və onun ərsəyə gətirilməsində əziyyət çəkən fəhlə sinifi ac olaraq qalır.Bu aclıq əlbəttə ki,aşağı təbəqə- fəhlə sinifinə aiddi,kresloda oturanların bu sahədən gəlirləri demək olar ki,superdi.Neçə yerdə sarayları,son model avtomobilləri daha nələr nələr saymaqdan bitməz mülklərə sahibdirlər.Fəhləni adam yerinə qoymuyıb və söz haqqını əlindən alan “Binagadi Oil Company” neft şirkətinin fəaliyyəti haqqında Telexeber.az-a çox saylı müraciətlər daxil olub.
Müraciətdə bildirilir:
-İllər boyu “Binagadi Oil Company” də aşağı maışla işləyib canımızı fəda etmişik.Olanlara dözüb,olmayana şükür etmişik ki,səsimizi çıxartsaq işimizi itirərik. Allah edilən dualarımız qəbul olur, SOCAR və tabeli qurumlarda çalışan əməkdaşların əmək haqları artırılır xəbərini eşidirik.
Çox keçmir ki,bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) keçmiş prezidenti Rövnəq Abdullayev əmr imzalayır.
Əmrə əsasən, SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidentinin 28 dekabr 2021-ci il tarixli xidməti yazısı nəzərə alınaraq, SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması məqsədilə Dövlət Neft Şirkəti və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar verib.
Beləliklə, 1 yanvar 2022-ci ildən “Dövlət Neft Şirkətində işçilərin vəzifə əməyinin ödənilməsi haqqında Əsasnamə”yə Əlavələrdə nəzərdə tutulan tarif (vəzifə) maaşları 20 faiz artırılır.
Bu qərara hər yerdə riayət olunur bircə “Binagadi Oil Company” dən başqa.Burda maaşlar cəmi cümlətani 6 faiz qalxır.Bilmirik, bəlkəmdə Allaha dua edəndə hardasa səhfə yol vermişik,əgər səhfə yol vermişiksə Allah keçsin günahımızdan.Diyəcəksiz ki,dualardan əlavə bir rəhbərliyə müraciətdə edərdiz,bəlkə köməklik etdilər.
-Etmişik özüdə dəfələrlə,bizə bildirdilər ki,əgər istəyirsinizsə sizlərdə də maaş 20 faiz qalxsın,onda biz imtahan təşkil etməliyik ki,görək bunu istiyənlər neçə nəfərdi, dərhal əmir versinlər işdən uzaqlaşdırılsın həmin adamlar.
Biz, Telexeber.az-a müaciət edən şəxslərin adını öz istəklərinə əsasən xəbər səyfəmizdə qeyd etməmişik.Ancaq onu diyə bilərik ki,müraciət edənlər hədsiz dərəcədə çoxdu.Əgər bu iş 1 yanvar 2022-ci ildə imzalanan əmirlə yox xahişlə düzələcəksə onda bizdə xahiş edirik ki,işçilərin maaşları 20 faiz artımla ödənilsin.
Məsələni gündəmdə saxlayıb, aidiyyatı orqanlara müraciətimizi edəcəyik.