Son günlər Telexeber.az-a daxil olan informasiyalara istinadən onu qeyd edə bilərik ki,Binəqədi rayonunda insanların təhlükəsizliyini təmin edən və bu təhlükəsizliyə daim nəzarət edən qurum yoxdur,yadaki hardasa bəzi neqativ işlərə göz yummaq üçün kimlərnənsə haqesavlaşmaqdadır.
Bəs yaxşı sakinlər dərdlərini kimə desin?
Bu yaxınlarda BİNƏQƏDİ QƏSƏBƏSİ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİnin tam qarşısında yerləşən VƏTƏN ŞƏHİDLƏRİ parkında işıq sayğacının uşaqlar üçün təhlükə saçdığını Telexeber.az da çəkib işıqlandırdıq və araşdırmamız nəticəsində müəyyən oldu ki,qırıq,sallax işıq sayğacı Bakı abadlıq idarəsinin balansındadır.Musa müəllim məsələ ilə bağlı dərhal tapşırığını verdi və sayğac qutusu yenisi ilə əvəz olundu.Körpələr üçün bəzi təhlükə saçan neqativ hallarda dərhal aradan qaldırıldı.
Nəzarətdən uzaq qalan bir neçə faktıda aidiyyatı orqanların diqqətinə çatdırmaq istərdik.Hansı ki,burdada yenə insanların həyatı təhlükədədir,ələxsusda məktəblilərin və körpələrin.
Fotoda qeyd olunan yer Mədəniyyət evinin tam qarşısı,yeraltı piyada keçididir.Fasadı şüşə ilə örtülüb,ancaq dərd orasıdır ki,bu lay şüşə örtüklərdən bir hissəsi naməlum səbəblərdən qırılıb.Aradan bir neçə gün keçməsinə baxmayaraq təmir,bərpa ilə bağlı heçbir iş görülməyib.Bu duruma sakinlər alışsada,uşaqlar üçün təhlükə hələdə davam edir.
Bundan bir qədər aralı,yəni 179 nömrəli orta məktəbin tam qarşısında yeni inşa edilən binanın tkintisinə icazə veriblər,ancaq təhlükəsizlik üçün müəyyən olunmuş qaydalara riayət etmə,edilməsində heç bir tədbir görülməyib.Sahibkar tikinti üçün icazəni nətər alıbsa,bizdən başqa hərkəsin gözü yumulub,biz görənləri görmək istəmirlər.Bina, sıx və insanların çox hərəkət etdiyi bir yerdə inşa olunur,gəlin əldə etdiyimiz fotoya nəzər yetirək.
Burda heçbir təhlükəsizlikdən söz gedə bilməz,həm işçilərin həyatı təhlükəszliyi,həmdə piyadaların təhlükəsizliyi təmin olunmayıb.Qaydalara zid gedən sahibkar niyə cəzalandırılmır?
Kiminsə başına bir daş düşsə və yaxud hansısa fəhlənin əyağı büdrəyib yıxılsa nə onu saxlayacaq belində bağlaması var,nədəki başında kasqası.Burdan müəyyən olunur ki,Binəqədi Rayon İcra Hakimiyyəti - icazə verdiyi tikintinin icratına nəzarət edilmir!
Ancaq hardasa birdən çaşıb icazəsiz daşı daş üstünə qoyasan,bax onda səni sputnikdən izləyib başına elə oyun açarlar ki,insan dünyaya gəlməsinə peşman olar.Mütləq kimlərisə görməlisən ki,səni görən gözlər yumulsun.
Biz ümüdvarıq ki,aidiyyatı orqanlar bu işə ciddi yanaşacaq və təhlükə qısa bir vaxt ərzində aradan qaldırılaraq məsələ öz həlli yolunu tapacaq.