Qadın alveri ilə məşğul olan "Toppuş Günel"ə bu cəza verildi
- 08.06.2023, 09:58,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda həmcinslərini fahişəliyə cəlb edən 1978-ci il təvəllüdlü Gülnarə Məmmədovaya (şərti ad-soyadlı) hökm oxunub.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3500 manat pul cəriməsi cəzasına məhkum edilib.
Bildirilib ki, “Toppuş Günel” ləqəbi ilə tanınan G.Məmmədovanın cinayət işi üzrə 3 zərərçəkmiş qadın var. O, həmcinslərini bir neçə il ərzində pul qazanma qarşılığında Bakıda və Abşeron rayonunda müxtəlif ünvanlarda fahişəliyə cəlb edib.
Zərərçəkmiş şəxslər məhkəmədə G.Məmmədovadan şikayətçi olmadıqlarını bildiriblər.