Bakıda 6 qızı kişilərə satan Təranə HƏBS EDİLDİ
- 14.01.2020, 21:20,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda insan laveri ilə məşğul olan qadın məsuliyyətə cəlb edilib.
News24.az-ın məlumatına görə, Abdullayeva Təranə Qurban qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, yəni, insan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə maddəsilə açılan işin ibtidai istintaqı başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əfqan Hacıyevin icraatına verilib.
Qeyd edək ki, iş üzrə 6 qız zərərçəkən şəxs qismində tanınıb. T.Abdullayeva həmin həmcinslərini müxtəlif şəxslərlə görüşdürərək onları cinsi istismara məruz qoyub.
Məhkəmənin hazırlıq iclası 23 dekabr tarixinə təyin edilib.